Prezidentə prezervativ hədiyyəsi - FOTO
28.12.2008 - 16:47
Türkiyə Üzgüçülük Federasiyasına prezident seçkilərində qəribə hadisə baş verib. Apasport.az saytının məlumatına görə, dünən Ankaranın “Sürməli” otelində keçirilən seçkidə qurumun rəhbəri vəzifəsinə iki namizəd - Əhməd Mazhar Bozdoğan və Tuğrul Dəllaloğlu mübarizə aparıb. Prezidentliyə iddialılar çıxış etdikdən sonra gizli səsvermə başlayıb.
Səslərin sayılması zamanı isə gözlənilmədən zərflərinin birinin içindən seçki bülleteni ilə yanaşı, prezervativ də çıxıb. Federasiyanın İdarə Heyəti prezervativli zərfi də hesaba alıblar. Maraqlıdır ki, seçkinin taleyini məhz bu zərf həll edib. Nəticədə Əhməd Mazhar Bozdoğan rəqibini 1 səs qabaqlayaraq, yenidən prezident seçilib.
Daha doğrusu, seçkiyə 198 səsvermə hüququna malik nümayəndədən 174-ü qatılıb. Bozdoğan 86, Dəllaloğlu 85 səs toplayıb, 3 bülleten isə yetərsiz sayılıb. Səsvermə gizli keçirildiyindən prezervativi zərfin içinə kimin qoyduğunu müəyyənləşdirmək müşkül məsələyə çevrilib.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0