Azərbaycan yığmasına 36 yaşlı güləşçi çağırıldı
29.12.2008 - 16:04
Olimpiya çempionu Namiq Abdullayev yenə Azərbaycanın sərbəst güləş üzrə milli komandasına dəvət olunub. Bu haqda apasport.az saytına yığmanın rəisi Yaqub Məmmədov məlumat verib. Baş məşqçi Maqomedxan Aratsilovun gələn il yanvarın 4-də start götürəcək təlim-məşq toplanışına çağırdığı 21 güləşçi arasında Abdullayev də var.
Hərçənd, 36 yaşlı pəhləvan bir neçə gün öncə keçirilmiş Azərbaycan çempionatına qatılmamışdı. Ümumiyyətlə, Abdullayev müxtəlif səbəblərdən son 6 ayda milli komandanın düşərgəsində olmayıb. Onun qarşıdakı beynəlxalq turnirlərə aparılıb-aparılmayacağı məlum deyil.
Yunan-Roma güləşçiləri isə baş məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 2-14 yanvar aralığında Bakıda hazırlaşacaqlar. Yığmalarımızın 2009-cu ilin ilk ayında beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulub.

0
0