Bu gün taekvondo üzrə Azərbaycan çempionatı başlanır
23.01.2009 - 00:01
Bu gün taekvondo üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, “ABU-Arena” İdman Kompleksində keçiriləcək yarışda 10-dan artıq rayonun 500-dək idmançısı qüvvəsini sınayacaq.
Ölkəmizin tanınmış taekvondoçularından yalnız Niyaməddin Paşayev milli çempionata qatılmayacaq. Dünya çempionu zədə ucbatından birincilikdən kənarda qalacaq. Əvəzində, yığmamızın digər aparıcı üzvləri Rəşad Əhmədov, Təvəkkül Bayramov, Elnur Amanov çempionatda döyüşəcəklər.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0