Rəcəbov Karo-Kanı dağıtdı
23.01.2009 - 22:59
Rəcəbov Karo-Kanı dağıtdı
Teymur Rəcəbov Hollandiyanın Veyk-aan-Zee şəhərində təşkil olunan XIX kateqoriyalı “Corus” turnirində ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz az öncə başa çatan VI tur çərçivəsində Qata Kamskinin məğlubiyyətə uğradıb. Rəcəbovun ağ fiqurlarla oynadığı partiyada ABŞ şahmatçısı məşhur Karo-Kan müdafiəsindən istifadə etsə də, 41-ci gedişdə təslim olub.

Digər oyunların nəticələri belədir:

Yu – Adams – 0:1
Movsesyan - Morozeviç – 1:0
Smits - Dominqes – 0,5:0,5
Stellvagen - van Veli - 0,5:0,5
Karlsen - Karyakin - 0,5:0,5
Aronyan - İvançuk - 0,5:0,5

VI turdan sonra turnir cədvəlinə 4 xalla Karyakin başçılıq edir. Rəcəbov və daha 5 qrossmeyster 3,5 xalla növbəti pillələrdə qərarlaşıblar.

Sabah İvançuk – Movsesyan, Karyakin – Aronyan, van Veli – Karlsen, Kamski – Stellvagen, Adams – Rəcəbov, Dominqes – Yu və Morozeviç – Smits arasında görüşlər keçiriləcək.
0