6 cüdoçumuz Dünya Kubokunda mübarizəni dayandırıb
24.01.2009 - 17:26
6 cüdoçumuz Dünya Kubokunda mübarizəni dayandırıb
Azərbaycan cüdo yığmasının üzvləri Gürcüstanın paytaxtı Tiflisdə start götürən Dünya Kubokunda mübarizəyə başlayıblar. Apasport.az saytının məlumatına görə, qonşu ölkəyə 17 idmançı ilə yollanan komandamızın heyətində artıq 6 həmyerlimiz çıxışını başa vurub. Belə ki, Samir Dadaşzadə (60 kq), İqor Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Orxan Hacıağalı (66 kq), Nadir Babayev (66 kq) və Amil Qasımov (73 kq) uğursuzluğa düçar olub.

Bu gün 73 kq çəkidə Paşa Nəbizadə ilk görüşündə yunanıstanlı rəqibini üstələyib. Onun növbəti rəqibi gürcüstanlı Zaza Kedalaşvili olacaq. Elçin Qasımov Yaponiya, Orxan Dünyamalıyev isə Gürcüstan idmançısı ilə qarşılaşacaq.

Yarışa sabah yekun vurulacaq.
0