Qran-Pri: Hələlik bir bürünc
25.01.2009 - 00:04
Rusiyanın Krasnoyarsk şəhərində ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunan sərbəst güləş üzrə Qran-Pri turniri başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışa 9 pəhləvanla qatılan Azərbaycan yığması artıq bir medal qazana bilib.
Belə ki, 96 kq çəki dərəcəsində mübarizə aparan Mehman İmanquliyev bürünc medalla kifayətlənib. Bu gün daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Çamsulvara Çamsulvarayev və Aqil Quliyev 74, Əli İsayev isə 120 kq çəki dərəcəsində medallar uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirə Maqomedxan Aratsilovun başçılığı altında yollanan milli komandamızın heyətində Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəlal Süleymanov, Xaqan Süleymanov (hər ikisi 66 kq) və Hacı Əlicanov (84 kq) mükafatsız qalıblar.

- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
0
0