İradə Aşumova Münhendə 14-cü yeri tutdu
30.01.2009 - 12:44
Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Almaniyanın Münhen şəhərində keçirilən beynəlxalq turnirdə medal qazana bilməyib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı idmançı yarışda 14-cü yeri tutub.
10 metr məsafədən pnevmatik tapança ilə atəş açan Aşumova 381 xal (94+96+96+95) toplayıb. İlk “səkkizliy”ə düşərək, final mərhələsində mübarizə aparmaq üçün onun cəmi 1 xalı çatmayıb. Qızıl medala 484,7 xalla (385+99,7) polşalı Saqun Levandovska layiq görülüb.
Aşumovanın oğlu Ruslan Lunyov isə yeniyetmələrin mübarizəsində uğursuzluğa düçar olub. O, 564 xalla 45 nəfər arasında 27-ci pillədə qərarlaşıb. Ruslan bu gün 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açacaq.

- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0