Milli komandamızın heyəti açıqlandı
04.02.2009 - 20:48
Milli komandamızın heyəti açıqlandı
Fevralın 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək sərbəst və qadın güləşi üzrə Yaşar Doğu beynəlxalq turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, yarışda 11 kişi pəhləvan qüvvəsini sınayacaq.

Kişilərin turnirində ölkəmizin şərəfini Yaşar Əliyev, Elşən Mirzəyev, Ceyhun Əliyev (hamısı 55 kq), Cəlil Süleymanov, Abil İbrahimov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov (66 kq), Elnur Aslanov (74 kq), Novruz Temrezov, İlham Abidov (hər ikisi 84 kq), Xetaq Qazyumov (96 kq) və Mixail Qazayev (120 kq) qoruyacaq. Komandanı Ankaraya baş məşqçi Maqomedxan Aratsilov, məşqçilər Firdovsi Umudov və Elman Əsgərov aparacaq. Sidney Olimpiadasının qalibi Namiq Abdullayev yığmanın düşərgəsinə gəlmədiyindən, qarşıdakı yarışdan kənarda qalıb.

Bundan başqa, qadın güləşçilərimizin də turnirə qatılacağı gözlənilir. Nazim Əlicanovun yetirmələri yarışa elə Türkiyədə hazırlaşıblar.
0