Şəhriyar Məmmədyarov: Yoxa lənət!
16.04.2009 - 17:28
Rusiyanın Nalçik şəhərində təşkil olunan şahmat üzrə Qran-Prinin 4-cü mərhələsi çərçivəsində II tur keçirilir. Apasport.az saytının məlumatına görə, bu turda taxta arxasından ən tez duranlardan biri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2725) olub.
24 yaşlı beynəlxalq qrossmeysterimizin macarıstanlı Peter Leko (2751) ilə görüşü digər oyunların hamısından əvvəl yekunlaşıb. Qara fiqurlarla oynayan Şəhriyar reytinqdə özündən yüksəkdə qərarlaşan rəqibindən yarım xal qoparıb. Tərəflər 24-cü gedişdə “sülh” bağlayıblar.
Bu, təmsilçimizin turnirdə ilk xalı olub. Məmmədyarov birinci görüşdə Levon Aronyana (Ermənistan, 2754) uduzmuşdu. Sabah III turda Şəhriyar ABŞ şahmatçısı Qata Kamskini sınağa çəkəcək.
Xatırladaq ki, 14 zəka sahibinin bir dövrəli sistem üzrə mübarizə apardığı yarış aprelin 29-dək davam edəcək.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0