FİLA prezidenti: Azərbaycan güləşdə liderdir
17.04.2009 - 17:05
FİLA prezidenti: Azərbaycan güləşdə liderdir
Bu gün Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti Asiya Güləş Komitələri Assosiasiyasının (AAWC) prezidenti Kim Çanq Kyu ilə birgə Özbəkistanın paytaxtı Daşkənddə mətbuat konfransı keçirib. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, Martinetti və Kyu Azərbaycan, İran və Rusiyanı dünyada güləş üzrə lider ölkələr kimi dəyərləndiriblər.

Tədbirdə yunan-Roma güləşindəki son dəyişikliklərin saxlanılacağı vurğulanıb. 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunları ilə bağlı məsələlərə toxunulub.

Qeyd edək ki, hazırda Daşkənddə sərbəst və yunan-Roma güləşi üzrə “Qızıl Qran-pri” turniri keçirilir. Azərbaycan pəhləvanlarının da qatıldıqları yarışın mükafat fondu 100 min dollardır.