Elton Con oxudu, Endi Roddik evləndi - FOTO
20.04.2009 - 11:20
Məşhur tennisçi Endi Roddik subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı amerikalı idmançı özü kimi məşhur modellə ailə həyatı qurub.
Dünyanın ən yaxşı tennisçiləri sırasında olan Endi taleyini Bruklin Dekkerlə bağlayıb. “Sport İllustrated” jurnalında çimərlik geyimlərini reklam etməklə tanınan 22 yaşlı gözəlçə ilə Roddikin toy mərasimi Texas ştatının Ostin şəhərində keçirilib. Tədbirdə iştirak edən çoxsaylı məşhur qonaqlar önünə çıxmaq isə dünya şöhrətli Elton Cona həvalə olunub. Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda konsert vermiş məşhur müğənni gənclərin şərəfinə öz sənətini nümayiş etdirib.
Qeyd edək ki, Roddik hazırda ən güclü 5 tennisçi siyahısında yer alıb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0