Elnur Məmmədli və Kifayət Qasımova Tiflisə aparılmır
21.04.2009 - 16:50
Avropa çempionatına yollanan cüdo üzrə Azərbaycan milli komandasında heyətlə bağlı problem yaranıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Kifayət Qasımova (57 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək qitə birinciliyinə qatılmayacaq. 26 yaşlı xanım idmançımız zədə ucbatından yarışdan kənarda qalıb.
Bundan başqa, Pekin Olimpiadasının qalibi Elnur Məmmədli də Tiflisə getməyəcək. Öncə Avropa çempionatını canlı izləyəcəyi bildirilən olimpiya çempionu sonradan fikrini dəyişib.
Baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi milli komandamız bu gün qatarla Tiflisə yollanır. Heyətdə Samir Dadaşzadə (60 kq), Ramil Qasımov (66 kq), Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) və Ramilə Usubova (63 kq) qüvvəsini sınayacaq. Yarış 24-26 aprel aralığında gerçəkləşəcək.
Qeyd edək ki, Kifayət Qasımova ötən il Portuqaliyada təşkil olunmuş son Avropa çempionatında bürünc medal qazanmışdı.

- "Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu
- Ölkə birinciliyinin qalibləri müəyyənləşdi
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
0
0