Bakıda qılıncoynatma üzrə dünya və Avropa çempionatı keçirilə bilər
23.04.2009 - 11:21
Yaxın vaxtlarda Bakıda qılıncoynatma üzrə mötəbər turnirlər keçirilə bilər. Apasport.az saytının məlumatına görə, mayda paytaxtımızda “Baku Fencing Open” beynəlxalq turniri baş tutacaq. 2010-cu ildə yeniyetmələr və gənclər arasında dünya çempionatı, 2012-ci ildə isə böyüklər arasında Avropa çempionatının ölkəmizdə təşkil olunması ehtimalı da böyükdür.
Bütün bunlarla əlaqədar Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov sabah mətbuat konfransı keçirəcək. Mətbuat konfransında, həmçinin AQF-nin İnternet saytının hazırlanması, qılıncoynatmanın mövcud vəziyyəti və perspektivləri barədə danışılacaq. Bundan başqa, Ramin Məmmədov jurnalistlərin də suallarını cavablandıracaq.

- "Formula 1": Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi oldu
- Ölkə birinciliyinin qalibləri müəyyənləşdi
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
0
0