Azərbaycanın ən güclü gənc şahmatçıları
23.04.2009 - 13:01
Azərbaycanın ən güclü gənc şahmatçıları
20 yaşadək oğlan və qız şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, həm oğlanların, həm də qızların yarışında 9 idmançı mübarizə aparıb.

Xanımların mübarizəsində Nərgiz Ümudova 7 xalla qızıl medala sahib çıxıb. Liderdən 2 xal az toplayan Xəyalə Abdulla ikinci yeri tutub. Bürünc medala isə 4,5 xalla Göyçay təmsilçisi Səbinə Quliyeva layiq görülüb.

Oğlanların yarışına gəlincə, burada çempionun taleyinə son turda aydınlıq gəlib. Həlledici görüşdə Vüqar Rəsulovu məğlub edən Ülvi Bacarani 6 xalla birinci pillədə qərarlaşıb. Vüqar Rəsulov (Gəncə) və Şəhriyar Rəhmanov (Quba) hər ikisi 5,5 xal toplayıb. Lakin əlavə göstəricilərə əsasən, Rəsulov gümüş, Rəhmanov isə bürünc medal qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları və qiymətli hədiyyələri verilib.
0