Bəzən danışmaqdansa, mat eləmək lazımdır
28.04.2009 - 10:03
Rusiyanın Nalçik şəhərində təşkil olunan şahmat üzrə Qran-Prinin XI turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov hesabat turunda israilli Boris Qelfandla qüvvəsini sınayıb. Görüşün nəticəsi qara fiqurlarla mübarizə aparan həmvətənimiz üçün yaxşı olmayıb.
Bir gün öncə keçirilmiş mətbuat konfransında “Mən qəribə oynayıram. Fəal şahmat oynamağa, risk etməyə çalışıram” - deyən Şəhriyar növbəti dəfə lövhə arxasından xalsız ayrılıb. O, 56-cı gedişdə təslim olub. Beləliklə, Məmmədyarov turnirdə 3-cü dəfə məğlubiyyətlə üzləşib və çempionluq üçün nəzəri şanslarını da itirib.
24 yaşlı idmançımız hazırda 5 xalla 14 iştirakçı arasında 8-13-cü pillələri bölüşdürür. Şəhriyar bu gün Pavel Elyanovla (Ukrayna) üz-üzə gələcək. Qran-Pri sabah keçiriləcək XIII turun qarşılaşmaları ilə başa çatacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0