Ruslan Lunyov daha bir medal qazandı
01.05.2009 - 10:19
Ruslan Lunyov daha bir medal qazandı
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançımız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında fərqlənib.

Ümumilikdə 661,5 xal (564+97,5) toplayan Ruslan fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 12 güllə atıcısının qatıldığı yarışda qızıl medala isveçli Conni Elmquist (665,2 xal) sahib çıxıb.

Bir gün öncə isə Lunyov Hannover turnirində 50 metrlik məsafədən kiçikçaplı atəş açmada 1-ci yeri tutmuşdu.

Mayın 3-dək davam edəcək yarışda Afina Olimpiadasının bürünc medalçısı, yığmamızın oynayan-məşqçisi İradə Aşumova, eləcə də Nigar Bağırova da qüvvəsini sınayacaq.
0