“Deyəsən, argentinalılar Əli İsmayılovdan dəhşətli qisas çıxmaq istəyirlər”
05.05.2009 - 11:33
“Deyəsən, argentinalılar Əli İsmayılovdan dəhşətli qisas çıxmaq istəyirlər”
Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzetində Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovun keçirəcəyi növbəti görüş barədə məqalə dərc olunub. Apasport.az saytının məlumatına görə, yazı müəllifi həmvətənimizin Argentina təmsilçisi Viktor Emilio Ramiresə qarşı döyüşü haqqında mülahizələr yürüdüb. Onun fikrincə, Əlini çox çətin sınaq gözləyir.

“Ötən ilin noyabrında Sankt-Peterburqda İsmayılov heç vaxt məğlubiyyət acısı dadmayan Rodolfo De Dominisisi əzişdirdi. Deyəsən, argentinalılar bundan çox təsirləniblər və dəhşətli qisas çıxmaq fikrinə düşüblər. Əlinin növbəti rəqibi Ramires WBO versiyasında 90,7 kq çəki dərəcəsində dünya çempionudur. O, yanvarda gözlənilmədən rusiyalı Aleksandr Alekseyevi nokauta salıb. İsmayılovu necə çətin döyüş gözlədiyindən danışmağa ehtiyac varmı?” - deyə məqalədə bildirilir.

Əli Ramireslə mayın 16-da Argentinanın paytaxtı Buenos-Ayresdə qarşılaşacaq.
0