“Hind pələngi” bu gecə Bakıya gəlir!
05.05.2009 - 15:26
“Hind pələngi” bu gecə Bakıya gəlir!
Bu gecə şahmat üzrə dünya çempionu Vişvanatan Anand Bakıya təşrif buyuracaq. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, Anand gecə saat 03:30-da paytaxtımıza yetişəcək. “Hind pələngi” dünya və Azərbaycan yığmalarının yoldaşlıq görüşündə iştirak etmək üçün ölkəmizə gəlir.

Ananddan öncə isə vitse-çempion rusiyalı Vladimir Kramnik Bakıda olacaq. Onu gətirən təyyarə bu gün axşamçağı hava limanına enəcək. Dünya yığmasının heyətində yer alan digər iki şahmatçı Aleksey Şirovla (İspaniya) Sergey Karyakin (Ukrayna) sabah paytaxtımıza gələcəklər.

Qeyd edək ki, Azərbaycan və dünya komandalarının görüşü mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə "Prezident Kuboku" uğrunda yarış çərçivəsində baş tutacaq. Bu oyunda yığmamızın şərəfini Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qoruyacaq.
0