Rusiya Azərbaycana uduzdu
11.05.2009 - 20:08
Rusiya Azərbaycana uduzdu
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, “ABU-Arena” İdman Kompleksində keçirilən yarışmada Azərbaycan, Türkiyə, İran, İsrail, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan və Rusiyadan 500-dək idmançı mübarizə aparıb.

Qızların turnirində qızıl medallara Vəsilə Əmirova (36 kq – Azərbaycan), Quranda Şotodze (40 kq – Gürcüstan), Nəzakət Xəlilova (52 kq – Azərbaycan), Şoto Beridze (57 kq – Gürcüstan), Günay Əliməmmədli (63 kq – Azərbaycan), Tioma Şokitaşvili (70 kq – Gürcüstan) və Yelena Kexadze (70 kq-dan yuxarı – Gürcüstan) layiq görülüblər.

Kişilərin yarışında isə ən yaxşı nəticəni Nəsimi Umbayev (46 kq – Azərbaycan), Kənan Quliyev (50 kq – Azərbaycan), Musa Xəlilli (55 kq – Azərbaycan), Arif Şahlarov (60 kq – Azərbaycan), İslam Əliyev (66 kq – Rusiya), Kamil Qadciyev (73 kq – Rusiya), Maqomedramin Qazoyev (81 kq – Rusiya), Cümşüd Qasımlı (90 kq – Azərbaycan), Georgi Uxadze (90 kq-dan yuxarı – Gürcüstan) göstərib.

Komanda hesabında Azərbaycan yığması 10 qızıl, 16 gümüş və 21 bürünc medalla turnirin qalibi olub. Gürcüstan ikinci, Rusiya isə üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan və Rusiya turnirdə iki komanda ilə təmsil olunub.

AzərTac
0