Azərbaycan güləşçiləri Antalyada
12.05.2009 - 15:50
Sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, pəhləvanlarımız Türkiyənin Antalya şəhərində keçiriləcək yarışda qüvvələrini sınayacaqlar.
Mayın 15-də start götürəcək turnirdə ümumilikdə 16 idmançımız mübarizə aparacaq. Sərbəst növdə Əfrahim Şəfiyev (50 kq), Azər Paşayev (55 kq), Cavid Dəmirov (60 kq), İbrahim Yusubov (66 kq), Zaur Ələkbərov (74 kq), Roman Bəkirov (84 kq), Xangerey Asiyatilov (96 kq) və Aslan Dzabişov (120 kq) çıxış edəcək.
Yunan-Roma güləşçilərimizdən isə Səid Balabəyov (50 kq), Taleh Məmmədov (55 kq), Cəfər Balaqədəşov, Kamran Məmmədov (hər ikisi 60 kq), Rəsul Cunayev (66 kq), Nicat Sadıxov (74 kq), Murtuza Tağıyev (84 kq) və Səbuhi Hümbətov (96 kq) döşək üzərinə çıxacaqlar. Yarışa mayın 17-də yekun vurulacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0