Kiyev tatamisinə 23 cüdoçumuz çıxacaq
14.05.2009 - 12:19
Kiyev tatamisinə 23 cüdoçumuz çıxacaq
Ukraynanın paytaxtı Kiyev şəhərində gənc oğlan və qızlar arasında cüdo üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mayın 16-17-də baş tutacaq yarışda ölkəmizin şərəfini 23 cüdoçu qoruyacaq.

Oğlanların mübarizəsində Elsevər Sadıqzadə, Orxan Səfərov, Əli Rzayev, İlqar Müşkiyev (hamısı 55 kq), Mirzə Əsgərov, Rəşid Şəmizadə, Nurlan Əliyev (hamısı 60 kq), Orxan Hacıağalı, Kamran Həsənov, Sərxan Əhmədov (hamısı 66 kq), Seyran Mahmudov, Orxan Dünyamalıyev (hər ikisi 73 kq), Kənan Qasımov, Ramin Qurbanov, Tural Nağıyev, Kənan Nağıyev (hamısı 81 kq), Naim Allahverdiyev (90 kq), Orxan Səfərov (100 kq) və Həsən Əkbərli (+100 kq) qüvvələrini sınayacaqlar. Bundan başqa tatami üzərinə 4 xanım cüdoçumuz - Ülviyyə Vəliyeva, Svetlana Məmmədova (hər ikisi 48 kq), Turanə Seyidi (52 kq) və Kəmalə Hüseynzadə (63 kq) də çıxacaq.

Gənc idmançılar yarışa milli komandanın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında hazırlaşıblar. Turnirdən sonra yığmamızın üzvləri Kiyevdə təlim-məşq toplanışına qatılacaqlar.
0