Pekin Olimpiadasında Ukraynanı təmsil edən idmançılar milli komandamızda!
15.05.2009 - 14:48
Mayın 22-də Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun II mərhələ yarışına start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turnirdə kanoeçilərin mübarizəsində Azərbaycan da təmsil olunacaq.
1 nəfərlik qayıqda Valentin Demyanenko 500 metr və 1000 metrlik məsafələrə yürüşdə qüvvəsini sınayacaq. 2 nəfərlik qayıqda isə hər iki məsafəni Maksim Prokopenko – Sergey Bezuqlıy dueti qət edəcək.
Demyanenko ötən il məhz Poznanda keçirilmiş Dünya Kubokunun III mərhələsində 200 metr və 500 metr məsafələrə yürüşdə hamını qabaqlayaraq, 2 qızıl medal qazanmışdı. O, daha bir qızıl medala Macarıstanın Seqed şəhərində təşkil olunmuş Dünya Kubokunun I mərhələsində layiq görülmüşdü.
Prokopenko – Bezuqlıy dueti isə Azərbaycan yığmasının heyətində ilk dəfə beynəlxalq yarışa qatılacaq. Əvvəllər Ukrayna millisinin tərkibində dünya çempionatının bürünc, Avropa çempionatının gümüş medalını qazanan cütlük 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Onlar 500 metrlik məsafəyə yürüşdə 9 idmançının yer aldığı finala çıxsalar da, yekunda 8-ci yerlə kifayətləniblər.
amaf.az

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0