İlin ən yaxşı kollektivi açıqlandı - ARDICIL İKİNCİ DƏFƏ
27.10.2026 - 02:22
“France Football” ilin ən yaxşı kollektivini açıqlayıb.
Apasport.az xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, Fransanın PSJ klubu bu mükafata layiq görülüb.
Paris təmsilçisi bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.
Namizədlər arasında İngiltərənin “Arsenal”, Almaniyanın “Bavariya”, Norveçin “Bude-Qlimt” və Braziliyanın “Flamenqo” klubları da yer alıb.
Qeyd edək ki, PSJ ötən mövsüm Fransa çempionluğu və Superkubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası kuboku qazanıb.

0
0