Azərbaycan güləşçiləri “mini Avropa çempionatında”
20.05.2009 - 12:33
Azərbaycan güləşçiləri “mini Avropa çempionatında”
Sərbəst güləş üzrə Azərbaycan milli komandası mayın 23-də Rusiyanın Mahaçqala şəhərində start götürəcək Əli Əliyevin xatirə turnirində mübarizə aparacaq. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığmamız mayın 10-dan etibarən Mahaçqalada təlim-məşq toplanışındadır. Bu gün yekunlaşacaq hazırlıq prosesində milli komandanın bütün aparıcı üzvləri yer alıblar. Lakin onlardan kimlərin döşək üzərinə çıxacağı barədə baş məşqçi Maqomedxan Aratsilov qərar verəcək.

İki gün davam edəcək yarış apreldə Litvada keçirilmiş Avropa çempionatından sonra pəhləvanlarımız üçün ilk ciddi sınaqdır. Yarış ətrafında ajiotaj isə kifayət qədər böyükdür. Çünki Əli Əliyevin xatirə turniri qeyri-rəsmi olaraq, mini Avropa çempionatı adlanır.
0