Əli İsmayılov: Döyüşdən öncə bir ciddi səhvə yol verdik
20.05.2009 - 18:22
Azərbaycanın birinci ağır çəkidə peşəkar boksçusu Əli İsmayılov Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə mayın 16-da Argentinanın paytaxtı Buenos-Ayresdə keçirdiyi dünya çempionluğu uğrunda döyüş haqda danışıb.
Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, argentinalı rəqibi Viktor Ramiresə uduzan həmyerlimiz “Sovetskiy Sport” qəzetinə müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib:
- Çoxmu pərişansınız?
- Əlbəttə pərişanam. Amma hələ döyüşdən öncə nümayəndə heyətimizin üzvləri mənə xəbərdarlıq etmişdilər ki, yalnız aşkar üstünlüklə qələbə qazanacağım halda çempionluq kəmərinə sahib ola bilərəm. Xalların hesablanmasına qalsa, qələbəni mənə, sadəcə, verməyəcəklər. Belə də alındı: hakimlərdən ikisi rəqibin, yalnız biri mənim xeyrimə xal verdi.
- Döyüş öncəsi Ramires 6-cı raunda sizi dayandıracağını arxayınlıqla bildirmişdi. Amma rinqdə onun dediyi baş vermədi...
- İlk üç və son üç raund mənim tam üstünlüyüm şəraitində keçdi. Amma etiraf edim ki, döyüşün ortalarında bir az pis döyüşdüm. Nəticədə, Ramires 5-6 raund ərzində üstünlüyə yiyələndi. Həmin vaxt gücümün məni tərk etməyə başladığını hiss etdim. Asanlıqla geri çəkildim və yaxşı zərbələr seriyasını qəbul etdim. Bununla belə, sonluqda özümü toparlayaraq, Ramiresi görüşün nəticəsinə görə narahatlıq keçirməyə vadar etdim.
- Bəs Ramiresi yenə bilməməyinizin səbəbi nədir?
- Bəxtim gətirmədi. Döyüşdən sonra biz menecerlər və məşqçilər heyəti ilə danışdıq, belə qənaətə gəldik ki, cəmi bir, amma ciddi səhvə yol verdik. Bu, Argentinaya döyüşdən cəmi 5 gün öncə getməyimizlə bağlı idi. Halbuki 10 gün öncədən orada olmaq lazım idi. Nəticədə yerli iqlim şəraitinə tam uyğunlaşa bilmədik. Buna görə də rinqdə o qədər də sürətli təsir bağışlamadım. Əsasən, buna görə vəziyyəti xalların hesablanmasına gətirib çıxartdım.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0