Gənclər və İdman Nazirliyinin rəsmiləri Gürcüstanda
21.05.2009 - 16:11
Gənclər və İdman Nazirliyinin rəsmiləri Gürcüstanda
Gürcüstanda Avropa Regional Anti-Dopinq Təşkilatının (RADO) İdarə Şurasının 5-ci iclası keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, tədbirə ölkəmiz də qatılacaq.

Azərbaycanı iclasda AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov, onun müavini İsgəndər Şəkinski və Dopinqlə Mübarizə Sektorunun müdiri İradə Rüstəmzadə təmsil edəcəklər.

İki gün davam edəcək tədbirin əsas müzakirə obyekti ötən ilin avqustunda Çində keçirilmiş XXIX Pekin Yay Olimpiya oyunları olacaq.
Xatırladaq ki, RADO-nun 4-cü iclası 2008-ci ildə Bakıda baş tutub.
0