15 idmançıya 6 medal
25.05.2009 - 11:11
Polşada 1993-94-cü il təvəllüdlü oğlan və qızlar arasında təşkil olunmuş cüdo üzrə “A” kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 12 oğlan və 3 qız idmançı qoruyub.
Məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərlik etdiyi kollektivin 6 üzvü fəxri kürsüyə yüksəlib. Belə ki, Cəlil Cəlilov (66 kq) qızıl, Ceyhun Qatayev (55 kq) və Şəfəq Muradzadə (52 kq) gümüş, Kamran Bağırov (50 kq), Mahir Cəfərli (60 kq) və Andrey Fatiyev (+90 kq) isə bürünc medala layiq görülüblər.
Cüdoçularımız turnirdən sonra 3 günlük təlim-məşq toplanışına qatılıblar. Bu səbəbdən onlar Vətənə həftənin ortalarında dönəcəklər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0