Kanoeçilərimizin Dünya Kubokunda qazancı: 2 gümüş, 1 bürünc medal
25.05.2009 - 15:58
Kanoeçilərimizin Dünya Kubokunda qazancı: 2 gümüş, 1 bürünc medal
Azərbaycan kanoeçiləri Polşanın Poznan şəhərində keçirilən Dünya Kubokunun II mərhələsində çıxışlarını başa vurublar. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 1000 metr məsafəyə final yürüşlərində 2 nəfərlik qayıqda yarışan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti daha bir medal qazanıb. Onlar əsas finalda (Final A) gümüş medala sahib çıxıblar.

Bir nəfərlik qayıqda çıxış edən Valentin Demyanenko yarımfinalda öz yarımqrupunda 9 iştirakçı arasında 6-cı yeri tutaraq, A finalına vəsiqə qazana bilməyib. B finalında isə o, 9 iştirakçı arasında 5-ci olub. Ümumi nəticədə isə Demyanenko 1000 metrlik məsafəyə yürüşü 14-cü yerdə tamamlayıb.

Xatırladaq ki, mayın 23-də keçirilmiş 500 metrlik məsafəyə final yürüşündə Demyanenko gümüş, Bezuqlıy – Prokopenko dueti isə bürünc medal qazanıb. Beləliklə, kanoeçilərimiz Dünya Kubokunun II mərhələsində 2 gümüş, 1 bürünc medala yiyələniblər.

Dünya Kubokunun II mərhələsi

Texniki nəticələr (24 may)
Məsafə: 1000 metr

1 nəfərlik kanoe qayıqları (C1)
Yarımfinal


1. Sebastrian Brendel (Almaniya) – 4:03.736 (4 dəqiqə 3 saniyə 736 mikrosaniyə)
2. Mark Olderşav (Kanada) – 4:05.084
3. Yevgeni Suklin (Litva) – 4:05.864
4. Andreas Kiliqkardis (Yunanıstan) – 4:07.304
5. Ceyms Trayn (Böyük Britaniya) – 4:10.644
6. Valentin Demyanenko (AZƏRBAYCAN) – 4:12.028
7. Andrey İqorov (Avstriya) – 4:12.592
8. Ruslan Muratov (Qazaxıstan) – 4:15.528
9. Prjemislav Kaçmarek (Polşa) – 4:37.656

1-3-cü pillələrin sahibləri A finalına, 4 – 6-cı yerləri tutanlar isə B finalına vəsiqə qazanıblar.

Final B

1. Viktor Volein (Macarıstan) – 3:57.065
2. Tomas Simar (Fransa) – 3:58.413
3. David Varqa (Macarıstan) – 3:59.873
4. Andreas Kiliqkardis (Yunanıstan) – 4:00.041
5. Valentin Demyanenko (AZƏRBAYCAN) – 4:00.365
6. Metyu Lorens (Böyük Britaniya) – 4:03.705
7. Ceyms Trayn (Böyük Britaniya) – 4:04.565
8. Kianq Li (Çin) – 4:08.161
9. Pyotr Kuleta (Polşa) – 4:23.241

2 nəfərlik kanoe qayıqları (C2)
Final A


1. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) – 3:36.778 (3 dəqiqə 36 saniyə 778 mikrosaniyə)
2. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN) – 3:36.938
3. Liviu Dumitresku – Katalin Kostaçe (Rumıniya) – 3:37.642
4. Sergey Torres Madriqal – Xose Farinas Bulnes (Kuba) – 3:37.866
5. Bertran Emonik – Vilyam Tşamba (Fransa) – 3:39.222
6. Erik Leue – Tomaş Vilenzek (Almaniya) – 3:39.682
7. Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada) – 3:39.918
8. Tomaş Kaçor – Martsin Qrjibovski (Polşa) – 3:41.526
9. Yaroslav Radon – Filip Dvorak (Çexiya) – 3:48.514.

Kanoeçilərimiz Dünya Kubokunun II mərhələsindən sonra 25–28 iyun aralığında Almaniyanın Brandenburq şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşmaq üçün Polşada qalıblar.
0