Azərbaycan yığmalarının “Zəfər turniri” üçün heyəti açıqlandı
26.05.2009 - 14:16
Azərbaycan yığmalarının “Zəfər turniri” üçün heyəti açıqlandı
Mayın 29-da Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında yunan-roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq “Zəfər turniri” start götürəcək. Apasport.az saytının məlumatına görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycanın idman şərəfini 21 güləşçi qoruyacaq.

Yunan-roma güləşində Bəhram Mürvətovun rəhbərliyi altında İlqar Cəfərzadə (42 kq), Emin Novruzov (46 kq), Eldəniz Əzizli (50 kq), Amil Əhmədov (54 kq), Hüseynqulu Gülümcanov (54 kq), Kamran Xıdırzadə (58 kq), Məmmədqulu Müzəffərov (63 kq), Toğrul Yunuslu (69 kq), Fuad Əliyev (76 kq) və Süleyman Babayev (85 kq) mübarizə aparacaq.

Əsgərxan Novruzovun baş məşqçisi olduğu sərbəst güləş yığmamızın heyətində isə tatami üzərinə Mircəlal Həsənzadə (42 kq), Çingiz Qaxacov (46 kq), Qalib Əliyev (50 kq), Toğrul Əsgərov (54 kq), Nurlan Hacıyev (58 kq), Hüseyn Nəsirov (58 kq), Firudin İsmayılov (63 kq), Ruslan Şükürov (63 kq), Kamran Yunusov (76 kq), Elcan Usubzadə (85 kq) və Əli Maqomedov (100 kq) çıxacaq. Turnirə mayın 31-də yekun vurulacaq.
0