Mayk Taysonun 4 yaşlı qızı öldü
27.05.2009 - 09:27
Peşəkar boks üzrə sabiq dünya çempionu Mayk Taysonun qızı ölüb. Apasport.az saytının məlumatına görə, əfsanəvi idmançının 4 yaşlı qızı ABŞ-ın Arizona ştatının xəstəxanasında dünyasını dəyişib. Həkimlər təxminən bir sutka xilas etməyə çalışdıqları uşağı həyata qaytara bilməyiblər.
Taysonun qızı idman trenajorunun kəndirinə ilişdikdən sonra xəstəxanaya çatdırılmışdı. Boğazı kəndirə keçən bacısını uzanmış vəziyyətdə aşkarlayan Taysonun böyük oğlu Eksodus anasını köməyə çağırmışdı. Hadisə zamanı Feniks şəhərində olmayan Mayk özünü xəstəxanaya çatdırsa da bu da heç nəyi dəyişməyib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0