Milli komandamız gürcüstanlı məşqçiyə tapşırıldı
27.05.2009 - 11:59
Milli komandamız  gürcüstanlı məşqçiyə tapşırıldı

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasına yeni məşqçi cəlb olunub. Bu haqda Lent.az-a Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis Otar Tatişvili yığmamızın məşqçilər korpusuna daxil edilib: “Tatişvili bir müddətdir yığmamızın əsas heyət üzvlərinin hazırlıq prosesinə nəzarət edir. Onu millimizin böyük məşqçisi də adlandırmaq olar. Əvvəllər o, Gürcüstan yığmasının məşqçilərindən biri olub. Tələbələri dünya və Avropa çempionu adını qazanıblar. Məsələn, 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında 84 kq çəkidə qızıl medal qazanmış Ramaz Nozadze onun yetirməsidir. Tatişvili həm də yığmamızın eyni çəkidəki üzvü Şalva Qadabadzenin şəxsi məşqçisidir”.

Bununla belə, Cəfərov Tatişvilinin millimizə baş məşqçi təyinatının hələ gündəmdə olmadığını vurğulayıb.