8 kq kökəlmiş Elnur Məmmədli yenidən tatamidə
27.05.2009 - 13:26
Azərbaycan cüdo yığmasının üzvü, olimpiya çempionu Elnur Məmmədli uzun fasilədən sonra ilk dəfə rəsmi yarışda qüvvəsini sınayacaq. Bu barədə apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Öncə iki idmançımız - Elçin Qasımov (73 kq) və Elxan Rəcəbli (81 kq) mayın 30-31-də Rusiyanın paytaxtı Moskva keçiriləcək “Böyük dəbilqə” turnirə qatılacaq. Yarışdan sonra Podolsk şəhərində təlim-məşq toplanışı olacaq. Dörd günlük hazırlıq prosesində Elçin Qasımov və Elxan Rəcəblidən başqa, daha iki cüdoçumuz Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) iştirak edəcək.
Adıçəkilən idmançılar Podolskda təlim-məşq toplanışı başa vurduqdan sonra Rumıniyaya yollanacaqlar. Məqsəd iyunun 6-7-də Buxarestdə təşkil olunacaq Dünya Kubokunda mübarizə aparmaqdır. Baş məşqçi Ağayar Axundzadə yetirmələrindən üçünə - Elçin Qasımov, Elnur Məmmədli və Elxan Məmmədova bu yarışda güləşmək şansı verəcək.
Qeyd edək ki, bu, ötən ilin avqustunda Pekində olimpiya çempionu olmuş Məmmədlinin son 9 ayda ilk rəsmi yarışı kimi yadda qalacaq. 73 kq çəkidə olimpiadanın qızıl medalını qazanmış Elnur bu dəfə yeni çəki dərəcəsində tatamiyə çıxacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0