Yığma komandamızın üzvləri Milli Parkda oynayacaqlar
27.05.2009 - 15:30
Yığma komandamızın üzvləri Milli Parkda oynayacaqlar
Azərbaycan Şahmat Federasiyası 28 may Respublika Günü münasibətilə sürətli şahmat və blits turnir keçirəcək. Federasiyanın mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, sabah beynəlxalq qrossmeysterlər Qədir Hüseynov, Rauf Məmmədov, Rəşad Babayev, Fərid Abbasov və Azər Mirzəyevin seansı olacaq.

Seans saat 10:00-da Milli Parkda (Azneft dairəsi yaxınlığındakı bayrağın yanında) başlanacaq. Daha sonra beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar və yüksək əmsallı şahmatçıların iştirakı ilə blits turnir gerçəkləşəcək.
0