Tatişvili hara, Azərbaycan hara? - FOTO
27.05.2009 - 16:08
Tatişvili hara, Azərbaycan hara? - FOTO
Gürcüstanlı mütəxəssis Otar Tatişvili yunan-Roma güləşi üzrə Azərbaycan yığmasına böyük məşqçi təyin edilib. Bəs görəsən, əksər azərbaycanlı güləş həvəskarlarının tanımadığı Tatişvili kimdir?

Otar Tatişvili 1947-ci il mayın 8-də anadan olub. O, məşqçilik karyerasında bir sıra uğurlara imza atıb. Onun yetirmələrindən Kaxaber Çaçua (60 kq) 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında bürünc, Qoça Çeçiaşvili (84 kq) 2003-cü, Ramaz Nozazde (96 kq) isə 2007-ci il dünya çempionatında qızıl medal qazanıb.

Bundan başqa, Tatişvili mili komandamızın gürcüstanlı legioneri, Avropa çempionatının bürünc medalçısı Şalva Qadabadzenin (84 kq) də şəxsi məşqçisidir. Gürcüstanın əməkdar məşqçisi olan 62 yaşlı mütəxəssis, həmçinin bu ölkənin “Şərəf” ordeninə və FILA-nın “Qızıl Orden”inə layiq görülüb.
0