Olimpiya çempionumuzun təklifi rədd olundu - FOTO
29.05.2009 - 11:54
İkiqat azərbaycanlı olimpiya çempionu, Rusiya Qılıncoynatma Federasiyasının Texniki Arbitraj Komissiyasının sədri İlqar Məmmədovun təklifi qəbul olunmayıb. Apasport.az saytının məlumatına görə, həmvətənimizin Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Hakimlər Komissiyasının Lozannada keçirilən iclasında irəli sürdüyü təklifə rədd cavabı verilib.
“Mən qılıncoynatma cığırında monitorun götürülməsini təklif etmişdim. Çünki hakimlər düz cığırın yanında olduqlarından, görüş zamanı qərarı özləri qəbul edə bilər. İndi bütün hakimlər monitorun işığının yanmasının gözləyir, sonra isə qərarlarını açıqlayır. Təəssüf ki, bizim təklifimiz qəbul olunmadı” - deyə Məmmədov vurğulayıb.
İclasda təklifin lehinə 4, əleyhinə isə 6 səs verilib. Beləliklə, FİE-nin Hakimlər Komissiyasının da üzvü olan olimpiya çempionumuzun təklifi bəyənilməyib.
Qeyd edək ki, İlqar Məmmədov uzun müddət Azərbaycan Qılıncoynatma Federasiyasına rəhbərlik etmiş, hazırda bu qurumun vitse-prezidenti Yaşar Məmmədovun oğludur.

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0