Azərbaycan Belarusu qabaqladı
31.05.2009 - 00:59
Azərbaycanın sərbəst güləşçiləri Dağıstanda keçirilmiş beynəlxalq turnirdə 3 qızıl və 3 bürünc medal qazanıblar. Apasport.az saytının məlumatına görə, yarışda milli komandamızla yanaşı, Dağıstan və Belarus idmançıları iştirak ediblər.
Qızıl medallara Etimad Qurbanov (60 kq), Çamsulvar Çamsulvarayev (74 kq) və Əli İsayev (120 kq) sahib çıxıblar. Xaybula Şaalov (60 kq), Dibir Hacıyev (66 kq) və Aqil Quliyev (70 kq) bürünc medallarla kifayətləniblər. Yığmamız komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan güləşçiləri iyulun 17-dən 19-dək Bakıda keçiriləcək Qızıl Qran-Prinin final mərhələsinə hazırlıq məqsədi ilə iyunun 10-dan təlim-məşq toplanışına başlayacaqlar.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0