İzmirdən daha 3 medal
31.05.2009 - 08:09
Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq «Zəfər Turniri» davam edir. Apasport.az saytının məlumatına görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak etdiyi yarışın 2-ci günü Azərbaycan yığma komandaları üçün daha 3 medalla yadda qalıb.
Sərbəst növdə 76 kq çəki dərəcəsində çıxış edən Orxan Şərifov finaladək irəliləyib, amma həlledici görüşdə rusiyalı Kantemir Kvantova uduzaraq 2-ci yeri tutub. Yunan-roma növünə gəlincə, 46 kq-da Emin Novruzov, 76 kq-da isə Fuad Əliyev bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın ilk günü pəhləvanlarımız 2 qızıl, 3 bürüncə sahib çıxıblar.
Turnirin son günü daha 7 idmançımız medallar uğrunda mübarizə aparacaq.

- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
0
0