AHİK spartakiadaya yekun vurdu - FOTO
04.06.2009 - 13:14
Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş Spartakiada başa çatıb. Apasport.az saytının məlumatına görə, Spartakiadanın proqramına şahmat, dama, nərd, stolüstü tennis, voleybol və futzal daxil edilib. Yarışa 14 ali təhsil müəssisəsinin komandası qatılıb.
Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamaldakı şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Dövlət Pedaqoji Universitetinin və Texniki Universitetin idman zallarında keçirilib.
Yarışların başa çatması ilə əlaqədar bu gün Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bağlanış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev açaraq, ölkə prezidentinin idmana qayğısından, ölkəmizdə idmanın inkişafından və belə yarışların gələcəkdə də keçiriləcəyindən söhbət açıb. Daha sonra təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək, qalibləri təbrik etdi.
Mərasimin sonunda qaliblərə kubok və mükafatlar təqdim olunub.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0