Avarçəkənlərimiz 9 ölkəyə qarşı
04.06.2009 - 18:14
Bu gün akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Rusiyanın paytaxtı Moskvaya yollanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamız iyunun 6-da start götürəcək beynəlxalq “Böyük Moskva reqatası”nda çıxış edəcək. Sayca 48-ci dəfə keçiriləcək yarışda ölkəmizi 7 idmançı ilə təmsil olunacaq.
Cavid Əfəndiyev - Toğrul Qurbanzadə - Aleksandr Jdanov - Kamal Məmmədov kvarteti 4 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda mübarizə aparacaq. Bundan başqa, həm Əfəndiyev - Məmmədov, həm də Qurbanzadə - Jdanov duetləri 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqlarda çıxış edəcəklər. Turqay Məmmədov – Mirzağa Eyvazov dueti 2 nəfərlik qoşa avarlı ağır çəkili qayıqlarda yarışacaq. Onların hər ikisinin ayrı-ayrılıqda 1 nəfərlik ağır çəkili qayıqlarda da çıxışları nəzərdə tutulub. Eyni zamanda, Kamran Yusubov da 1 nəfərlik ağır çəkili qayıqda qüvvəsini sınayacaq.
“Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq ənənəvi turnirə Rusiya, Belarus, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Litva, Moldova, Özbəkistan və Estoniya idmançıları da qatılacaqlar. Yarış öncəsi keçirdiyi mətbuat konfransında Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Leonid Draçevski bildirib ki, “Böyük Moskva reqatası”nda 10 ölkənin iştirakı təşkilatçılar üçün böyük uğurdur: “Sovet dövründə Moskva reqatası olimpiya tsikli üçün əsas start yarışı, növbəti dördilliyin başlanğıcında qüvvələrə baxış üçün özünəməxsus turnir idi. Bu turnirin bərpası üçün böyük iş görülüb. 10 ölkənin gəlişi böyük və ciddi uğurdur”.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0