Azərbaycan milli komandasında bolqarıstanlı məşqçi
09.06.2009 - 18:18
Ağır atletika üzrə Azərbaycan yığmasına bolqarıstanlı məşqçi dəvət olunub. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Hazırda əcnəbi çalışdırıcı ilə danışıqlar aparılır.
Rəhimov bolqarıstanlı məşqçi ilə müqavilə bağlanıb-bağlanılmayacağı haqda qəti fikir bildirməyib: “Onun şərtlərimizi qəbul edəcəyini, anlaşma imzalayacağımızı hələlik deyə bilmərəm. İndi danışıqlar gedir. Bura əcnəbi məşqçi çağırmaqda əsas məqsəd ağırlıqqaldırma növündə də inkişafda nail olmaqdır. Bildiyiniz kimi, artıq bir neçə olimpiadadadır ki, ağır atletlərimiz medal qazanmağı bacarmırlar. Buna görə komandada dəyişiklik etmək zəruridir”.
Nazir son aylarda avarçəkmə, yunan-Roma güləşi, boksda da dəyişikliklər olduğunu nəzərə çatdırıb. O, həmçinin Azərbaycanda yeni idman növünün yaradıldığını qeyd edib: “Nazirlik açıq suda üzgüçülük növünü yaradır. 10 km məsafələrə üzgüçülük yarışları olacaq. Bu növlə məşğul olmaq üçün yeni məşqçi cəlb edilib”.

- Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
0
0