Milli komandamız Braziliyanı məğlub etdi!
12.06.2009 - 18:47
Bakı İdman Sarayında keçirilən taekvondo üzrə komandalararası Dünya Kubokunda ikinci gün arxada qalıb. Apasport.az saytının məlumatına görə, hər ikisi F qrupunda mübarizə aparan Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları bu gün fərqli nəticələr göstəriblər.
Kişi taekvondoçularımız Rusiyaya ilk turda 2:3 hesablı məğlubiyyətin ardından bu gün Braziliya yığmasının üzvlərini sınağa çəkiblər. Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kollektiv cənubi amerikalıları məğlub edib - 4:1. Yığmamızın heyətində Samir Aydınov (54 kq), Rövşən Məmmədov (63 kq), İlkin Şahbazov (72 kq) və Ramin Əzizov (82 kq) qələbə qazanıb. Yalnız Təvəkkül Bayramov (+82 kq) məğlubiyyətlə üzləşib.
Qadınlardan ibarət komandamız isə Yunanıstanla bacarmayıb. Hərçənd, tərəflər görüşə hərəyə bir itki ilə çıxıblar. Azərbaycan yığmasının heyətində 68 kq-dan yuxarı, rəqibdə isə 47 kq çəkidə taekvondoçu olmayıb. Buna görə də döyüş başlayarkən, hesab 1:1 olub. Keçirilən 3 qarşılaşmadan isə yunanlar qalib ayrılıblar. Yekunda milli komandamız 2:3 hesabı ilə uduzub.
Sabah, qrup mərhələsinin son günündə kişi taekvondoçularımızın rəqibi İtaliya olacaq. Qadın idmançılarımız isə braziliyalı həmkarları ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Dünya Kubokunda 23 komanda 6 qrupda çıxış edir. Reqlamentə əsasən, qrupda ilk yeri tutan, eləcə də ən yaxşı göstəricilərlə 2-ci pillədə qərarlaşan 2 kollektiv 1/4 finala vəsiqə qazanacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0