Elnur Məmmədli dünya çempionatına da aparılmayacaq
13.06.2009 - 10:51
Elnur Məmmədli dünya çempionatına da aparılmayacaq
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli 26 – 30 avqustda Hollandiyanın Rotterdam şəhərində keçiriləcək dünya çempionatına qatılmayacaq. Apasport.az saytının məlumatına görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi diz bağlarından zədə alıb.

Cüdoçumuz bu zədə ilə əlaqədar əməliyyat olunacaq. Onun bərpasına 5 ayadək vaxt lazım gələcək.

Qeyd edək ki, Məmmədli indiyədək böyüklər arasında keçirilmiş dünya çempionatlarının qalibi ola bilməyib. O, 2007-ci ildə gümüş medalla kifayətlənib. Pekin olimpiadasında 73 kq çəkidə çıxış etmiş cüdoçumuz bundan sonra heç bir yarışa qatılmayıb.

lent.az
0