Demyanenkodan Azərbaycana ilk Avropa qızılı– YENİLƏNİB
26.06.2009 - 18:45
Bu gün müstəqil Azərbaycanın avarçəkmə tarixinə qızıl hərflərlə yazılıb. Apasport.az saytının məlumatına görə, kanoeçimiz Valentin Demyanenko Avropa çempionu olub. Demyanenko Almaniyanın Brandenburq şəhərində davam edən Avropa çempionatında 200 metrlik məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıb.
O, seçmə mərhələdə 200 metrlik məsafəni 41 saniyə 266 mikrosaniyəyə qət edərək, I yeri tutub. Litva, Almaniya, Portuqaliya, Macarıstan və Estoniya kanoeçilərini üstələyən Demyanenko birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə 26 yaşlı kanoeçimiz Rusiya, Litva, Ukrayna, Almaniya, Macarıstan, Fransa, Rumıniya və Portuqaliya təmsilçiləri ilə mübarizə aparıb. Demyanenko bu dəfə eyni məsafəni 39 saniyə 308 mikrosaniyəyə qət edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan milli komandasının Avropa çempionatında ilk qazancı qızıl medal olub. Lakin bu, hələ son deyil. Kanoeçilərimiz daha 3 medal qazana bilərlər. İyunun 27-də Bakı vaxtı ilə saat 16:28-də Maksim Prokopenko – Sergey Bezuqlıy dueti 2 nəfərlik qayıqda 1000 metrlik məsafəyə final yürüşündə çıxış edəcək. İyunun 28-də saat 15:54-də Valentin Demyanenko 1 nəfərlik qayıqda 500 metrlik məsafəyə final yürüşünə qatılacaq. Həmin gün saat 16:30-da isə Prokopenko – Bezuqlıy dueti 500 metrlik məsafəyə yürüşün final mərhələsində çıxış edəcək.
Xatırladaq ki, hər üç kanoeçimiz Avropa çempionatına ciddi hazırlaşıblar. Onlar milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında əvvəlcə 22 – 24 mayda Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun II mərhələsində çıxış ediblər. Yarışı 2 gümüş, 1 bürünc medalla başa vuran kanoeçilərimiz Polşada qalaraq, Avropa çempionatınadək təlim-məşq toplantısı keçiblər. Artıq hazırlıq prosesinin uğurlu nəticələri özünü büruzə verməkdədir. İnanırıq ki, kanoeçilərimiz Avropa çempionatının qalan 3 sınağında da uğurla çıxış edərək, ölkəmizin aktivinə növbəti medallarını yazdıracaqlar.
Avropa çempionatı
Texniki nəticələr
Kanoe (C1)
Məsafə: 200 metr
Seçmə mərhələ
1. Valentin Demyanenko (AZƏRBAYCAN) – 41.266
2. Yevgeni Suklin (Litva) – 42.386
3. Sebastian Brendel (Almaniya) – 42.489
4. Elder Silva (Portuqaliya) – 43.971
5. Atilla Bozşik (Macarıstan) – 44.952
6. Danek Suskin (Estoniya) – 50.279
Final A
1. Valentin Demyanenko (AZƏRBAYCAN) – 39.308
2. İvan Ştil (Rusiya) – 40.014
3. Yevgeni Suklin (Litva) – 40.338
4. Aleksandr Maksimçuk (Ukrayna) – 40.976
5. Sebastian Brendel (Almaniya) – 41.318
6. Atilla Bozşik (Macarıstan) – 41.453
7. Matiö Qubel (Fransa) – 41.460
8. Florin Mironçiç (Rumıniya) – 41.481
9. Elder Silva (Portuqaliya) – 42.558

0
0