Nizami Paşayev Xəlil Mutlu ilə bir yerdə
25.06.2009 - 16:18
İyulun 3-də Qazaxıstanın paytaxtı Astanadakı dövlət sirkinin manejində İlya İlyinin şərəfinə ağır atletika üzrə beynəlxalq turnir keçiriləcək.
Lent.az-ın məlumatına görə, tədbirin təşəbbüskarı və təşkilatçısı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi və dünya çempionu, “Kürmet” ordeninin sahibi İlya İlyindir.
Yarışa dəvət alan məşhur ağır atletlər arasında Azərbaycan idmançısı, ikiqat dünya çempionu Nizami Paşayev də var. Hazırda yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi postunu tutan Paşayevlə yanaşı, daha 14 ağırlıqqaldıranın turnirdə iştirakı gözlənilir. Dəvətlilər sırasında üçqat olimpiya çempionu (1996, 2000, 2004) Xəlil Mutlu, ötənilki olimpiya çempionu Mattias Ştayner (Almaniya) kimi atletlərin də adları çəkilir.
Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Nizami Paşayev 94 kq çəki dərəcəsində 5-ci yeri tutmuşdu. Həmin çəkidə qızıl medalı məhz Qazaxıstan ağırlıqqaldıranı İlya İlyin qazanmışdı.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0