İlk gündə 3 medal
26.06.2009 - 19:17
İranın Astara şəhərində uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə ənənəvi beynəlxalq turnirə start verilib. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ölkəmiz turnirdə sərbəst güləş növündə 11 idmançı ilə təmsil olunur.
İlk yarış günü 4 idmançımız döşək üzərinə çıxıb ki, onlardan da 3-ü turniri medalla başa vurub. 50 kq-da yarışan Fərrux Ələkbərov finaladək irəliləsə də, həlledici qarşılaşmada Iran güləşçisinə uduzmaqla 2-ci yeri tutub. Bü çəkidəki digər təmsilçimiz Qalib Əliyev isə bürünc medal qazanıb.
Daha bir bürünc medal 58 kq-da mübarizə aparan Bəxtiyar İsrafillinin aktivindədir. 69 kq-dakı idmançımız Pərviz Axundov isə medalçılar sırasına düşə bilməyib.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0