Azərbaycanlı dünya çempionunun məhkəməsi təxirə salındı
08.07.2009 - 16:45
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə universal döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. APA-nın məlumatına görə, buna səbəb şahidlərin prosesə gəlməməsi olub.
Məhkəmə iyulun 15-də şahid ifadələri ilə davam etdiriləcək. Proses hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilir.
Qeyd edək ki, Dünyamalıyev və Ağalarov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd və digər maddələri ilə ittiham olunurlar. İttihama görə, ötən ilin avqustunda Xaçmaz rayonu Nabran qəsəbəsində fəaliyyət göstərən barlardan birində istirahət edən Dünyamalıyev və Ağalarovun tanımadıqları 6 nəfər yerli sakinlə davaları düşüb. Nəticədə həmin şəxslərdən biri bıçaq zərbəsi ilə qətlə yetirilib.
Xatırladaq ki, “İnter” Peşəkar İdman Klubunun üzvü olan Sənan Dünyamalıyev 2007-ci ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0