“Namiq Abdullayev karyerasını başa vurmalıdır”
10.07.2009 - 15:01
Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev yaxın günlərdə karyerasını başa vura bilər. Hər halda 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibinin iyulun 17-də Bakı İdman Sarayında start götürəcək güləş üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsinə qatılmayacağı dəqiqdir. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Azərbaycan milli komandasının baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib.
Dağıstanlı mütəxəssis bildirib ki, Abdullayevin xidmətləri nəinki Azərbaycan, hətta dünya idmanı üçün xeyli yetərlidir: “Namiq bir dəfə olimpiya çempionu, bir dəfə olimpiya mükafatçısı olub. Artıq 38 yaşı var. Yaşı da kifayət qədərdir. Adını təlim-məşq toplantısında iştirak edəcək heyətə daxil etmişdik, amma komandamızın hazırlıq prosesində iştirak etmir. Məşqçilər heyətinin mövqeyi belədir ki, onu alqışlarla, böyük ehtiramla, bir sözlə, layiqincə böyük idmandan yola salmaq lazımdır. Yəqin ki, o, özü rəsmən karyerasını başa vurduğunu açıqlamalıdır. Məsələnin incəliyini bilmirəm, bu məsələ federasiya rəhbərliyinin səlahiyyətindədir”.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev də Namiq Abdullayevlə bu haqda söhbətinin olduğunu bildirib. Onun sözlərinə görə, Abdullayev gələcək karyerası ilə bağlı yekun qərarı “Qızıl Qran-pri” turnirinin final mərhələsindən öncə verəcək: “Namiq Abdullayev karyerasını başa vurmağa qərar versə, onu “Qızıl Qran-pri” turnirinin final mərhələsi vaxtı təntənəli şəkildə yola sala bilərik”.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0