Yay Olimpiya Oyunlarında yeni növlər
13.08.2009 - 18:30
Yay Olimpiya Oyunlarında yeni növlər
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarının proqramına daxil etmək üçün 2 yeni idman növünü seçib. Apasport.az saytının məlumatına görə, 7 idman növü arasından qolf və reqbi-7 seçilərək, oktyabrın 3-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un Baş Assambleyasına təklif edilib. Assambleyasının 106 üzvü arasında keçiriləcək səsvermə nəticəsində qolf və reqbinin olimpiada proqramına salınması rəsmiləşəcək.

İOC İcraiyyə Komitəsi, həmçinin 2012-ci il London Olimpiadasının proqramına qadın boksunu da daxil edib. Qərara əsasən, kişilər arasında keçirilən boks yarışlarında 11 çəkidən 1-i (48 kq) ləğv ediləcək, əvəzində qadınlar ilk dəfə 3 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, qolf və reqbi-7 növləri ilə yanaşı, beysbol, softbol, karate, rolikli idman və skvoş növləri də namizədlər siyahısında olub.

Mənbə: lent.az
0