100 kq çəkisi var, 100 metrəyə qaçır... - FOTOSESSİYA
17.08.2009 - 12:58
100 kq çəkisi var, 100 metrəyə qaçır... - FOTOSESSİYA
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə dünya çempionatı Savanna Sanitoa üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Amerika Samoasını təmsil edən bu xanım idmançı 100 metr məsafəyə qaçan atletlər arasında fərqlənib.

Savanna dünya çempionatında zəif nəticə göstərsə də, 100 metrlik məsafəyə qaçan ən ağır idmançı kimi tarixə düşüb. Onun çəkisi 100 kq-dan da artıqdır. Bu ağır çəkili xanım 100 metri 14,23 saniyəyə qaçıb. Yekunda o, rəqiblərindən təxminən 3 saniyə geri qalıb. Sanitoanın nərmə-nazik rəqiblərindən ən sürətlisi bu məsafəni 11,22 saniyəyə qət edib. Hər halda, Savanna Əfqanıstan və Qırğızıstan idmançılarını qabaqlamağı bacarıb.
0