Daha 3 boksçumuz 1/4 finalda
18.08.2009 - 10:59
Daha 3 boksçumuz 1/4 finalda
Azərbaycanın gənc boksçulardan ibarət yığmasının daha 3 üzvü Avropa çempionatının 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Polşanın Şetsin şəhərində keçirilən yarışda Elnur Zeynalov (51 kq), Heybətulla Hacıəliyev (60 kq) və Murad Ağamalıyev (75 kq) döyüşlərini qələbə ilə başa vurublar.

Həm Zeynalov, həm də Hacıəliyev İrlandiya təmsilçilərini, müvafiq olaraq, Qari Molley (6:3) və Mark O’Haranı (8:0) məğlub ediblər. Ağamalıyev isə çexiyalı Oskar Lakomini üstələyib. Lakin 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Tamerlan Abdullayev uğursuzluğa düçar olduğundan, yarışla erkən vidalaşıb.

Çempionata 9 idmançı ilə qatılan milli komandamızın 5 boksçusu 1/4 finaldadır. Üç həmyerlimiz isə 1/8 finalda döyüşəcək. Qitə birinciliyi avqustun 22-də yekunlaşacaq.

Boksçularımızın növbəti mərhələdəki rəqibləri:

48 kq, 1/4 final
Elvin Məmişzadə - Vadim Kirilenka (Belarus)

51 kq, 1/4 final
Elnur Zeynalov - Zsolt Dobradi (Macarıstan)

54 kq, 1/4 final
Elvin İsayev - Sin MakQoldrik (Uels)

57 kq, 1/8 final
Elvin Əliyev - Artur Bril (Almaniya)

60 kq, 1/4 final
Heybətulla Hacıəliyev - Vitali Dunaytsev (Rusiya)

69 kq, 1/8 final
Emin Əhmədov - İllias Qriqoriadis (Yunanıstan)

75 kq, 1/4 final
Murad Ağamalıyev - Samir Aouali (İsveç)

+91 kq, 1/8 final
Fərid Paşayev - Arbi Madayev (Rusiya)
0